Avtomobil ana və 8 aylıq körpəsini vurdu

23:13 - 26 Aprel 2022 - HADİSƏ

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Sadıqova Günay Əsgər qızı və onun 8 aylıq körpəsini vurub. Ağır xəsarətlər alan yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı G.Sadıqovaya sağ baldır sümüklərinin yerdəyişən sınığı, körpəyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti