Siyəzəndə 63 yaşlı kişi bıçaqlanıb

22:52 - 26 Aprel 2022 - HADİSƏ

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Zarat kəndində qeydə alınıb. Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb. Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti