Qubada avtomobil piyadanı vuraraq öldürüb

10:57 - 26 Aprel 2022 - HADİSƏ

Qubada avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 25-də saat 17 radələrində Quba şəhəri ərazisində şəhər sakini O.Zeynalov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Nəsrulla Abdullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Quba RPŞ-də araşdırma aparılır.

 

Xəbər xətti