“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.
Ucnoqta.az xəbər verir ki, bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:
“Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”.
Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir.