Bakıda mənzildən meyit tapılıb

21:06 - 25 Aprel 2022 - HADİSƏ

Bakıda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat verilib.Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti