Şəmkirdə azyaşlının əli ətçəkən maşında qaldı

18:38 - 25 Aprel 2022 - HADİSƏ

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

2019-cu il təvəllüdlü Z.Məmmədova evdə nəzarətsiz qalan zaman əli ətçəkən maşında qalıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Uşağın sol əli biləkdən amputasiya edilib.

 

Xəbər xətti