Şəmkirdə piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.