Astarada evdən qumbara götürülüb

14:54 - 25 Aprel 2022 - HADİSƏ

Astara rayonunun Şiyəkəran kənd sakini S. Rzayevin evindən silah-sursat və heroin aşkar edilərək götürülüb.

Bu barədə Ucnoqta.az-a DİN-dən məlumat verilib.
Xəbərə görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S. Rzayevin evinə baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülüb.

Xəbər xətti