"Azərbaycanın pandemiyadan çıxış sürəti qədərindən artıq uğurlu oldu və bu gün də davam edir".
Bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, istər 2021-ci ilin bütün əhəmiyyətli sahələrində ÜDM-in artım tempi, sənayenin artım tempi, xüsusilə qeyri-neft sənayesinin və qeyri-neft ixracının, ölkənin valyuta ehtiyatlarının artım tempinin sürəti və bu il bunun daha da sürətlənməsi istiqamətində dövlətin həyata keçirdiyi siyasət istənilən nəticələrini verir.
“Bu o demək deyil ki, biz bütün problemləri həll etmişik və heç bir zaman belə bir gözlənti olmayacaq. Bizim baxışımız ondan ibarətdir ki, istər maliyyəyə çıxış, istər dövlət tərəfindən xüsusi ixracyönümlü sahibkarlıq fəaliyyəti göstərən subyektlər və müəssisələr üçün yeni bazarlara çıxış imkanlarının daha da yaxşılaşdırılması və bu məqsədlə həm ənənəvi bazarlarla, həm yeni bazarlarla dövlətlərarası olan ticarət sazişlərinin, xüsusilə gömrük rüsumlarının, texniki tələblərinin tanınmasına dair, şərtlərin yaxşılaşdırılmasına dair həyata keçirdiyimiz siyasət olmalıdır”, - Mikayıl Cabbarov qeyd edib.///apa