Gəncədə ər arvadını çəkiclə döydü

11:36 - 25 Aprel 2022 - HADİSƏ

Gəncədə ər arvadını döyüb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini 52 yaşlı X.Qəhrəmanov həyat yoldaşı 53 yaşlı Q.A.-ya bıçaq və çəkiclə xəsarətlər yetirib. Hadisə zamanı qadın başından kəsilmiş-deşilmiş yara və digər xəsarətlər alıb.

Q.A. döyülməsi ilə bağlı polisə müraciət edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Müvafiq ekspertizalar təyin olunub. Ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər xətti