Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Sosial şəbəkələrdə şəhər sakinləri bir neçə partlayış səsinin eşidildiyini, ardınca yanğının başladığını bildiriblər.
Nazirlik yanğının səbəblərini açıqlamayıb.
Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-də Ukraynadan 100 km məsafədə yerləşən Bryanskdan bu ölkəyə hücum ediblər.