Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Bayden başda olmaqla, bir sıra qərb liderlərini ikiüzlülükdə ittiham edib.
O, bəzi dövlət başçılarının qondarma erməni soyqırımı ilə bağlı mövqeyinə etirazını bildirib.
“Son günlərdə bəzi qərb liderləri iddia edirlər ki, soyqırım yalnız məhkəmə qərarı ilə müəyyən edilə bilər. Bu həqiqətdir!
Həmin şəxslərin məhkəmə qərarı olmadan, siyasi motivlərlə 1915-ci il hadisələri üçün “soyqırım” ifadəsini işlətmələri onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, - nazir qeyd edib.///oxu.az
Bazı batılı liderler son günlerde “soykırımın” ancak mahkeme kararıyla tespit edilebileceğini savunuyor. Doğru!
Aynı kişilerin, yetkili bir mahkeme kararı olmadan #1915 olayları için “soykırım” kelimesini siyasi saiklerle kullanmaları ise iki yüzlülüklerinin en bariz örneğidir. pic.twitter.com/3uQ2AVTeMJ — Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 24, 2022