Uşaqlarda mənşəyi naməlum olan hepatit xəstəliyi qeydə alınıb - ÜST

08:38 - 24 Aprel 2022 - DÜNYA

Dünyanın 12 ölkəsində uşaqlar arasında mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma halları qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat ümumulikdə 114 belə hadisənin qeydə alındığını açıqlayıb.

Mənşəyi məlum olmayan kəskin hepatitə bu günə qədər Böyük Britaniyada, İspaniyada, İsraildə, ABŞ-da, Danimarkada, İrlandiyada, İtaliyada, Niderlandda, Norveçdə, Fransada, Rumıniya və Belçikada rast gəlinib.

ÜST artıq kəskin hepatitdən bir ölüm halının qeydə alındığını da açıqlayıb.///oxu.az

Xəbər xətti