Rusiya Xəzərdən Odessaya hava zərbələri endirib, ölənlər var

19:48 - 23 Aprel 2022 - DÜNYA

Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.

Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub. Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb.

Xəbər xətti