Kanada Ukraynaya ağır artilleriya yollayıb
07:32 - 23 Aprel 2022 - DÜNYA
Kanada Ukraynaya ağır artilleriya təchiz edib.
APA-nın “Ria Novosti“yə istinadla xəbərinə görə, bu barədə Kanada MN məlumat yayıb.Sənəddə göstərilir ki, Kanada Ukrayna ordusuna 155 mm-lik M777 haubitsaları və müvafiq sursat verib. Haubitsaların atəş məsafəsi 30 kilometrdir.
Ottava eyni zamanda Ukraynaya zirehli maşın verilməsi və PUA-lara texniki xidmət mnəsələsini müzakirə edir. Bir müddət əvvəl ölkə Ukraynaya tank əleyhinə qumbaralar verib.