Avropada qazın qiyməti artıb

23:23 - 21 Aprel 2022 - DÜNYA

Avropada qaz qiymətləri artıb. APA xəbər verir ki, Londonun ICE birjasında qiymətlər 5,45% artaraq min kubmetr üçün 1110 dollar təşkil edib.Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə ən yaxın may fyuçerslərinin qiyməti ticarətin açılışında 1027 dollar təşkil edib ki, bu da ticarət sessiyasının minimum göstəricisi olub. Kotirovkalar ticarət sessiyası ərzində artım göstərərək 1120 dollar təşkil edib.

Xəbər xətti