Rusiya “Pasxa atəşkəsi”ndən imtina etdi

14:55 - 21 Aprel 2022 - DÜNYA

“Rusiya “Pasxa atəşkəsi”ndən imtina edib. Rusiya Federasiyasının nümayəndəsi bildirib ki, atəşkəs guya Ukrayna hərbçilərinin yenidən toparlana bilməsi üçün lazımdır”.

Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa özünün “Twitter” səhifəsində yazıb.
“Moskva fürerinin mövqeyi bir neçə saat ərzində Təhlükəsizlik Şurasında açıqlandı”, - deyə o, Rusiya nümayəndəsinin çıxışının videosunu yerləşdirərək bildirib.

Qeyd edək ki, aprelin 19-da BMT-nin Baş katibi Antonio Quterreş bir sıra humanitar dəhlizlərin açılmasına icazə vermək üçün Pasxa bayramı münasibəti ilə 21-24 aprel tarixlərində dördgünlük humanitar fasilə verilməsinə dair çağırış edib. Aprelin 20-də Ukrayna təşəbbüsü dəstəkləyib.///oxu.az

Xəbər xətti