Bakıda "protiv" gedən "Prius" iki avtomobillə toqquşdu, xəsarət alan var - FOTO/VİDEO

08:25 - 21 Aprel 2022 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Hadisə Asif Məhərrəmov küçəsində baş verib.

“Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmanın təsirindən “Toyota” daha sonra “Daewoo” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ” markalı maşında olan sərnişin xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


​///apa


Xəbər xətti