Ucnoqta.az
www.ucnoqta.az

Bakıda "protiv" gedən "Prius" iki avtomobillə toqquşdu, <font color=red><b>xəsarət alan var - FOTO/VİDEO</b></font>

08:25 - 21 Aprel 2022 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Hadisə Asif Məhərrəmov küçəsində baş verib.

“Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmanın təsirindən “Toyota” daha sonra “Daewoo” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ” markalı maşında olan sərnişin xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


​///apa

Müəllif: