“Sarmat” raketi ABŞ və müttəfiqləri üçün təhdid yaratmır
00:42 - 21 Aprel 2022 - DÜNYA
ABŞ Müdafiə Nazirliyi Rusiyanın yeni “Sarmat” ballistik raketinin uçuş sınağına münasibət bildirib.
APA-nın BBC-yə istinadən xəbərinə görə, Pentaqon Rusiyanın bu addımının ABŞ və müttəfiqləri üçün təhdid təşkil etmədiyini bildirib. Qeyd olunub ki, Rusiya sınaqla bağlı nüvə razılaşması öhdəliklərinə müvafiq olaraq Vaşinqtonu əvvəlcədən lazımi qaydada məlumatlandırıb.“Bu sürpriz deyildi”, - deyə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.