ABŞ Ukraynaya "RQ-20 Puma" pilotsuz təyyarəsi verəcək
00:04 - 21 Aprel 2022 - DÜNYA
ABŞ Müdafiə Nazirliyi Ukraynaya yardım təşəbbüsü çərçivəsində ilk müqaviləni imzalayıb.
"Report" “Defence News”a istinadən xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinə "RQ-20 Puma" pilotsuz təyyarələrinin tədarükü üçün "AeroVironment" ilə 19,7 milyon dollarlıq müqavilədir.
Müqaviləyə PUA-nın özünün tədarükü, ehtiyat hissələri paketi, podratçı üçün maddi-texniki təminat və Ukrayna hərbçilərinin təlimi daxildir. İşlər mayın 30-dək başa çatdırılmalıdır. Kiyevə veriləcək dronların sayı açıqlanmır.