ABŞ Ukraynaya əlavə artilleriya vasitələri göndərəcək

08:32 - 20 Aprel 2022 - DÜNYA

ABŞ Ukraynaya əlavə artilleriya vasitələri göndərəcək.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərin sualına cavabında bildirib.

O, ABŞ-ın Ukraynaya daha çox artilleriya vasitələri göndərəcəyini təsdiqləyib.

Qeyd edək ki, Vaşinqtonun Ukraynaya 800 milyon dollarlıq sonuncu hərbi yardımı çərçivəsində Kiyevə hərbi yüklərin çatdırılmasına başlanıldığı bildirilib.

Məlumata görə, bu çərçivədə Ukraynaya 11 ədəd “Mi-17” helikopteri, 18 ədəd 155 mm-lik toplar və əlavə 300 “Switchblade” kamikadze dronların göndərilməsi daxildir.

Xəbər xətti