Saakaşvilinin səhhəti pisləşib

15:43 - 19 Aprel 2022 - DÜNYA

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə müstəqil həkimlər qrupuna yazdığı məktubunda bildirib.

Siyasətçi bədənində ağrılar hiss etdiyini və çətinliklə yeridiyini diqqətə çatdırıb. O, həkimlərdən tövsiyə vermələrini xahiş edib.

Həkimlər M.Saakaşvilinin vəziyyətinin kifayət qədər ciddi olduğunu bildiriblər. Onların sözlərinə görə, lazımı müalicə aparılmasa, keçmiş dövlət başçısının vəziyyəti daha da pisləşə bilər.

Həkimlər eks-prezidentin mülki xəstəxanaya yerləşdirilməsini təklif ediblər.

Xəbər xətti