İran bəzi məhsulların ölkədən çıxarılmasına qadağa qoyub

15:54 - 19 Aprel 2022 - DÜNYA

İran bir neçə kənd təsərrüfatı məhsulunun ölkədən çıxarılmasına qadağa qoyub.

APA-nın məlumatına görə, İran Kənd Təsərrüfatı Nazirliyinin bu ölkənin gömrük qurumuna məktub göndərərək kartof, pomidor, badımcan və soğanın ölkədən ixrac edilməsinin qadağan olunduğunu bildirib.

Bu gündən İran gömrüyündən adıçəkilən məhsulların çıxarılması dayandırılacaq.

Xəbər xətti