Ukraynada xüsusi hərbi əməliyyatın növbəti fazası başlayır.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “India Today”ə müsahibəsində bildirib.
Rusiya XİN başçısı ukraynalıların necə yaşamalı olduqlarına özləri qərar verməli olduğunu deyib: “Biz Ukraynada rejimi dəyişmək fikrində deyilik. İstəyirik ki, ukraynalılar necə yaşamaq istədiklərinə özləri qərar versinlər”.