BMT Baş katibinin müavini koronavirusa yoluxub

07:02 - 19 Aprel 2022 - DÜNYA

Bu həftə Türkiyə və Rusiyaya səfər etməyi planlaşdıran BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin koronavirus testinin cavabı müsbət çıxıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Qriffits tviter hesabında məlumat verib. O bütün səfərlərini ləğv etdiyini və təcrid olunduğunu bilidirb. “Şükür edirəm ki, peyvənd olundum. Dünyada bir çox insanın bu imkanı yoxdur”, - deyə o, tviterdə yazıb.

Xəbər xətti