Ukrayna ordusu Rusiyanın Su-30 qırıcısını vurdu

00:01 - 19 Aprel 2022 - DÜNYA

Ukrayna silahlı qüvvələri Donetsk və Luqansk istiqamətində Rusiya ordusunun 7 hücumunun qarşısını alaraq 10 tank və 20 digər texniki vasitəni məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Qüvvələr Əməliyyatı Komandanlığı məlumat yayıb.

Bildirilib ki, havadan müdafiə sistemi Donbas səmasında Rusiyanın həmçinin Su-30 qırıcısını və 4 “Orlan 10” PUA-sını məhv edib.

Xəbər xətti