Zelenski Ukraynanın Aİ-yə üzvlük anketini təqdim edib

20:15 - 18 Aprel 2022 - DÜNYA

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

“Prezident Zelenski Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizin Aİ üzvlüyünə namizəd statusu alması üçün doldurulmuş sorğu anketini təhvil verib”, - məlumatda deyilir.

Xəbər xətti