Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru vəfat etdi

19:40 - 18 Aprel 2022 - DÜNYA

Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri Vyaçeslav Trubnikov vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuata açıqlamasında deyilir.

Vyaçeslav Trubnikov Rusiya Qəhrəmanı, həm də istefada olan ordu generalıdır. O, 1996-2000-ci illər aralığında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

 

Xəbər xətti