“Qazprombank”ın sabiq vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və qızını qətlə yetirdikdən sonra intihar edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə açıqlayıb.
Hadisənin Moskvanın Universitetskaya prospektindəki yaşayış evlərindən birində baş verdiyi bildirilib.
Faklla bağlı müvafiq maddə ilə cinayət işi başlanıb.