Ağdamda yol çəkən traktor minaya düşüb - FOTO

20:11 - 17 Aprel 2022 - HADİSƏ

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Xəbər xətti