Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda yol çəkən traktor minaya düşüb - <font color=red><b>FOTO</b></font>

20:11 - 17 Aprel 2022 tarixində dərc olunub.

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Müəllif: