Rusiya Mariupola ilk dəfə uzaqmənzilli bombardmançılarla zərbələr endirildi

20:52 - 15 Aprel 2022 - DÜNYA

Rusiya hərbçiləri Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələrini tətbiq ediblər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.
Onun sözlərinə görə, aviazərbələr Mariupol şəhərinə endirilib.

“Hazırda Rusiya Federasiyası şərq əməliyyat zonasında hücum qruplaşmasının yaradılmasını tamamlayır”, - deyə Motuzyanik vurğulayıb.///oxu.az

Xəbər xətti