“Moskva” raket kreyseri batdı

00:09 - 15 Aprel 2022 - DÜNYA

Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri yedəyə alınıb limana aparılarkən fırtınada batıb.

Ucnoqta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Xəbər xətti