Ukraynada Z və V simvollarının istifadəsi qadağan edilir

21:00 - 14 Aprel 2022 - DÜNYA

Ukrayna Ali Radası Z və V simvollarının istifadəsinin qadağan edilməsi ilə bağlı qanun qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, parlamentin deputatı Yaroslav Jeleznyak bu barədə sosial mediada paylaşım edib.

O, Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi simvolların qadağan edilməsi barədə qanunun ikinci oxunuşda qəbul edildiyini bildirib.

Xəbər xətti