"Millikart"ın rəhbərliyi dəyişib

17:24 - 14 Aprel 2022 - Xəbər

"Millikart" prosessinq mərkəzi MMC-nin direktoru Elnur Məmmədov vəzifəsini tərk edib.

Şirkətə rəhbərlik onun texniki məsələlər üzrə müavini Emin Muxtarova həvalə olunub.

Xatırladaq ki, "Millikart"ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradaraq sonradan banklara satıb. Hazırda onun təsisçiləri fəaliyyətdə olan "Azərbaycan Sənaye Bankı", Bank Respublika", "AtaBank", "Unibank", "Amrah Bank", "Azər-Türk Bank", "Rabitəbank", "Turan Bank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Access Bank" QSC, ləğv prosesində olan "Dəmir Bank", "Kredo Bank", "Texnika Bank" və "Zamin Bank" ASC-lər, "Bank Standard" QSC, eləcə də "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.///report

Xəbər xətti