Rusiya Müdafiə Nazirliyindən "Moskva" kreyserində baş verən yanğınla bağlı AÇIQLAMA

15:42 - 14 Aprel 2022 - DÜNYA

“Moskva” kreyserində baş verən yanğın zamanı raketlər zədələnməyib

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib: ""Moskva" kreyseri işlək vəziyyətdə qalır. Əsas raket silahı zədələnməyib. Kreyserin ekipajı isə ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib."

Müdafiə Nazirliyindən bildiriblər ki, alovun mənbəyi lokallaşdırılıb, döyüş sursatlarının partlaması isə dayanıb. Hazırda ekspertlər gəminin limana çəkilməsi və hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək üzərində işləyirlər.

Xəbər xətti