“Moskva Kiyevi vursa, Ukrayna cavab zərbəsi endirəcək”.
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Müdafiə Nazirliyinin Kiyevdə hökumət binalarına zərbə enidirləcək hədəsinə cavab olaraq deyib. O, Moskvanı Kiyevə hücuma görə, cavab zərbəsi endirəcəkləri ilə hədələyib.
“Moskva Kiyevi vursa, Ukrayna cavab zərbəsi endirəcək. Bu reaksiyanı vermək üçün "gözəl" imkanlarımız var”,- deyə Arestoviç vurğulayıb.