Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib

23:54 - 13 Aprel 2022 - DÜNYA

Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metrostansiyasında atışma baş verib. CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər xətti