Bayden Ukraynaya 750 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

20:54 - 13 Aprel 2022 - DÜNYA

ABŞ Prezidenti Cozef Bayden Kiyevə 750 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Hill" qəzeti mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Baydenin yeni tədarükləri rəsmi olaraq nə vaxt elan edəcəyi hələlik məlum deyil.

Xəbər xətti