Britaniyadan Rusiyaya daha bir qadağa

17:07 - 13 Aprel 2022 - DÜNYA

Aprelin 14-də Böyük Britaniya Rusiyadan dəmir və polad idxalına qadağa qoyacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bundan əlavə, London Rusiyaya kvant texnologiyaları və qabaqcıl materialların ixracına da sanksiyalar tətbiq edir. Çünki Prezident Vladimir Putinin onlara ciddi ehtiyacı var. Müvafiq qanunverici aktlar cümə axşamı parlamentə təqdim olunacaq”, - Britaniya XİN-in bəyanatında qeyd olunub.

Xəbər xətti