Böyük Britaniya azərbaycanlı milyarderə sanksiya tətbiq etdi

15:22 - 13 Aprel 2022 - DÜNYA

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.

Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.

Siyahıda “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.

Xəbər xətti