Kiyevdə rusların sursat anbarı tapıldı

13:51 - 13 Aprel 2022 - DÜNYA

Ukrayna Milli Qvardiyasının əsgərləri Kiyev vilayətində rus işğalçılarının döyüş silah-sursat anbarını tapıblar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb.

“Bu gün Ukrayna Milli Qvardiyasının hərbçiləri Kiyev vilayətinin Korolivka kəndində xidmət apararkən rus işğalçı qüvvələrinin silah-sursat anbarı yaratdıqları yeri aşkar ediblər. Hadisə yerindən 100 qutu 125 kalibrli mərmi aşkar edilib”, - məlumatda deyilir.

Xəbər xətti