Zelenski rusyönümlü partiya liderini ukraynalı əsirlərlə dəyişməyi təklif edib

11:07 - 13 Aprel 2022 - DÜNYA

Ukrayna Prezidenti Vladimir Zelenski “Müxalifət platforması – Həyat uğrunda” partiyasının Siyasi Şurasının sədri Viktor Medvedçuku Rusiyaya əsir düşmüş ukraynalı hərbçilərə dəyişməyə hazır olduğunu bəyan edib.

Bu barədə Zelenskinin “Telegram”dakı rəsmi kanalında videomüraciəti yayımlanıb.

“O, 48 gün idi ki, gizlənirdi. Və nəhayət sərhədlərimizdən kənara qaçmağa cəhd göstərdi. Onun maskalanmaq üçün hərbi formadan istifadə etməsini xüsusilə qeyd etmək istərdim. Əgər Medvedçuk özünə hərbi forma seçibsə, hərbi qanunlara uyğun olaraq, Rusiya Federasiyasına onların adamını bizim əsirlikdə olan oğlan və qızlarımıza dəyişməyi təklif edirəm”, - Zelenski qeyd edib.///Apa

 

Xəbər xətti