AHİK-in şöbə müdiri vəfat etdi

09:47 - 13 Aprel 2022 - Cəmiyyət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Sağlamlığın mühafizəsi və soisal təminat şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Əli Əsgərov vəfat edib.

O, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Abbas oğlu Əsgərov 1955-ci il avqust ayının 15-də anadan olub. O, ixtisasca həkim olub və müxtəlif xəstəxanalarda çalışıb.

2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 №-li sosial ekspert komissiyasının ekspert-həkim cərrahı vəzifəsində işləyib.

Ə.Əsgərov 2019-cu ilin mart ayından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin müdiri vəzifəsində çalışırdı.///report

Xəbər xətti