Böyük Britaniyanın baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak pandemiya dövründə sərt qapanmalar zamanı şənlikdə iştirak etdiklərinə görə cərimələnib.
Bu barədə Böyük Britaniya Nazirləri Kabinetinin nümayəndəsi bildirib.
Qeyd olunur ki, London şəhər polisi tərəfindən nazirlərin adına cərimə bildirişi daxil olub. Cərimənin məbləği hələlik açıqlanmayıb.
Ümumilikdə, London polisi həmin şənliklə əlaqədar 50 nəfərə cərimə bildirişi təqdim edib.
Xatırladaq ki, bir neçə gün öncə Boris Conson və bəzi hökumət nümayəndələrinin adları koronavirus pandemiyası səbəbindən elan olunmuş sərt qapanmalar zamanı şənlikdə iştirak etmək qalmaqalında hallanırdı. Bununla əlaqədar olaraq, B.Consonun bir neçə köməkçisi istefa vermişdi.