Toyuq dönərinin satışına qadağa qoyulub?

16:00 - 12 Aprel 2022 - Cəmiyyət

“Azərbaycanda toyuq dönərinə qadağa qoyulmayıb”.

“Report”un xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, toyuq dönərlərinin hazırlanması haqqında standartlar var idi:

“Müvafiq qurum ləğv olunandan sonra həmin standartlar könüllülük fəaliyyəti daşıyır. Toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır”.

Xəbər xətti