Ukraynada əsir götürülən azərbaycanlı tələbə azad edilib - FOTO

15:33 - 12 Aprel 2022 - Xəbər

Ukraynada ruslar tərəfindən əsir götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib.

Bu barədə APA-ya Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.
Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən əsir götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün əsirlikdən azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.

Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.

Xəbər xətti