Dollara tələbat artıb

13:50 - 12 Aprel 2022 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 79,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 11,2% artıb.

Xəbər xətti