Pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir

13:14 - 12 Aprel 2022 - Xəbər

Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.

Ucnoqta.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Qeyd edək ki, deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.

Xəbər xətti